"Almaniya NATO-ya ödəməli olduğu borcu qaytarmır" -

ABŞ və Avropa arasındakı gərginlik yeni mərhələyə qədəm qoyur. Almaniya kansleri Angela Merkelin G-7 sammitindən sonra verdiyi açıqlamalara sərt reaksiya verən Donald Tramp geri addım atmaq niyyətində deyil.

Metbuat.az-ın məlumatına görə, ABŞ lideri son "Tvitter" paylaşımında yenidən Almaniya mövzusuna toxunub: "Almaniya ilə böyük ticarət kəsirimiz var. Həmçinin NATO-ya ödəməli olduqları borcu qaytarmırlar. Bu, ABŞ üçün pisdir. Artıq dəyişiklik qaçınılmazdır".

"Avropada taleyimizi özümüz həll etməliyik" - Merkelin bu açıqlamasından dəqiqələr sonra Donald Trampın "tvit" atması diqqətlərdən yayınmayıb.

Alman Sosial Demokratlar partiyasının parlament lideri Tomas Oppermanın sözlərinə görə, Tramp Almaniyanı rəqib qismində gördüyünü açıq-aşkar bəyan edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR