BMT-nin baş katibi Azərbaycan Prezidentini təbrik edib

BMT-nin baş katibi Azərbaycan Prezidentini təbrik edib
20:15 30 May 2017
49 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Təbrikdə deyilir: "Zati-aliləri.Milli bayramınız – Respublika Günü münasibətilə Azərbaycan Hökumətinə və xalqına ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Biz böyük gözləntilərin və eyni zamanda, dərin təhlükələrin olduğu bir dövrdə yaşayırıq. Mən bu ili bütün dünyada sülhə çağıran müraciətlə başladım. İnsan ailəsi olaraq bütün əldə etməyə çalışdıqlarımız - ləyaqət və ədalət, inkişaf və firavanlıq sülhdən asılıdır. Bu dəyərlər Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində əksini tapıb və bizi bir-birimizə bağlayır.

Mən Sizin ölkənizi təqdir edir, bununla bərabər bildirirəm ki, dünyada getdikcə artan ixtilafların fonunda BMT-nin çoxşaxəliliyi bizim ümumi işimizi gücləndirir və ümumbəşəri dəyərlərə malik olduğumuzu təsdiqləyir.

Siz bu əlamətdar bayramı qeyd edərkən, daha güclü Birləşmiş Millətlər Təşkilatının qurulması üçün ölkənizin fəal iştirakına və töhfələrinə, ortaq səylərimizlə hər kəs üçün sülh, tərəqqi və insan hüquqlarının təmin olunması işində köməyinə arxalanıram".


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2760718.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR