OPEC+ neft hasilatı anlaşmasını 2018-ci ildə uzatmalıdır

OPEC+ neft hasilatı anlaşmasını 2018-ci ildə uzatmalıdır
20:17 30 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 30 may. REPORT.AZ/ "OPEC və ona üzv olmayan neft hasialtçısı ölkələr neft hasilatının azaldılması ilə bağlı anlaşmanı 2018-ci il mart ayından sonra da uzatmalıdır."
"Report" "Forexpf.ru" saytına istinadən xəbər verir ki, bu barədə proqnoz "Wood Mackenzie" araşdırma şirkətinin analitikləri tərəfindən verilib. 
Şirkətin neft emalı sahəsinin araşdırılması üzrə direktoru Suşant Quptaya (Sushant Gupta) görə, 2018-ci ilin II yarısına qədər neft bazarı ABŞ-dan gələn şist neftini istehlak edə bilməyəcək: "Bu səbəbdən anlaşma bitdikdən sonra neft hasilatçısı ölkələr öz əvvəlki hasilat həcminə qayıda bilməyəcəkr".
O bildirib ki, 2018-ci ilin I rübündə mövsüm amillərindən irəli gələrək neftə tələbin az olacağını və qiymətlərin aşağı düşəcəyini ehtimal etmək olar.
"Wood Mackenzie"nin proqnozlarına görə, bu il neft təklifi 240 min barel/gün, tələb isə 1,3 mln. barel/gün artacaq. Bu il ABŞ-da şist neft hasilatı 430 min barel/gün, 2018-ci ildə isə 800 min barel/gün arta bilər.
Şirkət 2017-ci ildə "Brent" markalı neft üçün orta qiymət proqnozunu 55 dollar/barel, 2018-ci il üçün isə 57 dollar/barel olaraq ehtimal edib. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/opec-neft-hasilati-anlasmasini-2018-ci-ilde-de-uzatmalidir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR