Dünya çempionu Bakıda intihar etdi (FOTO/AÇIQLAMA)

Dünya çempionu Bakıda intihar etdi   (FOTO/AÇIQLAMA)
20:27 30 May 2017
474 İdman
Ölkə mətbuatı
A- A+

Bakının Binəqədi rayonunda intihar hadisəsi baş verib. Hadisə 8-ci mikrorayonda Əcəmi Naxçıvani küçəsində yerləşən yeni tikililərin birində qeydə alınıb.


Hadisə şahidlərinin unikal.org-a verdiyi məlumata görə, 1997-ci il təvəllüdlü İftixar Taleh oğlu Məhərrəmov anası ilə mübahisə edərək özünü yaşadığı binanın 10-cu mərtəbəsindən atıb. 


Yaxınlarının dediklərəinə görə, İftixar Məhərrəmov Budo idman növü  üzrə Dünya və Avropa çempionudur.


Budo üzrə Azərbaycan millisinin məşqçisi Səbuhi Vəliyev intihar edən idmançı İftixar Məhərrəmovla bağlı açıqlama verib. “Qafqazinfo”ya danışan çalışdırıcı budo üzrə dünya çempionu, 1997-ci il təvəllüdlü İftixarın istedadlı idmançı olduğunu qeyd edib:


“İftixarın idmanla bağlı heç bir problemi yox idi. O, çox yaxşı idmançı idi. Atası da yaxşı insan idi və münasibətimiz var idi. Onun intihar etməsi haqqında xəbəri sizdən eşidirəm. Şoka düşdüm. Niyə intihar etsin ki? İftixar təkcə budo ilə məşğul olmurdu. O, həmçinin digər idman növlərində də yarışırdı. Kikboksinqlə də məşğul olub. Çox istedadlı və uğurlu idmançı idi”.



Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-dunya-cempionu-bakda-intihar-etdi-t58425.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR