Moskvada qasırğada ölənlərin sayı dəqiqləşdirildi

Moskvada qasırğada ölənlərin sayı dəqiqləşdirildi
20:39 30 May 2017
134 Digər
Ölkə mətbuatı
A- A+

Moskva və Moskva vilayətində mayən 29-da baş vermiş qasırğa nəticəsində ölənlərin sayı 15 nəfər təşkil edib. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya İstintaq Komitəsinin məlumatında bildirilir.  

 

“Dəqiqləşdirilmiş məlumata əsasən, təbii fəlakət nəticəsində, 10-u Moskvada və 5-i Moskva vilayətində olmaqla, ümumilikdə 15 nəfər ölüb,  200-dək insan xəsarət alıb. Ölənlər müxtəlif yaşdadır, onların arasında yetkinlik yaşına çatmamış şəxslər də var”, - deyə  məlumatda bildirilir.

 

Qasırğa zamanı Moskva sakinlərinin ölümünün səbəblərini və təfərrüatlarını müəyyənləşdirmək məqsədi ilə İstintaq Komitəsində qərargah yaradılıb.  

 

Bundan əvvəl 16 nəfərin öldüyü bildirilirdi.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/275772

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR