Quş damı kimi evlər tikilir - FOTO

Quş damı kimi evlər tikilir - FOTO
20:42 30 May 2017
Ölkə mətbuatı
A- A+

İsveçdəki "Manofactory" memarlıq bürosu adi ev tikintisindən imtina edərək evləri sıldırım qaya divarlarında inşa etməyi təklif edib.

Milli.Az ArchDaily-yə istinadən bildirir ki, "Nestinbox" adlanan bu ev bir neçə otaqlı, isitmə sistemli tikilidir. Onun şaquli səthə bərkidilməsi üçün xüsusi polad konstruksiyadan istifadə olunur.

İsveçli memarların dediklərinə görə, bu evlərdə Skandinaviyadakı çoxsaylı sıldırım qayaların divarlarını "doldurmaq" olar.

Üçmərtəbəli evin ümumi sahəsi 50 m2-dir. Mərtəbələr dar, vintvari pilləkən vasitəsilə birləşiblər. Quş yuvasına bənzəyən ev kiçik ailə və ya tənha adamlar üçün nəzərdə tutulub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/549349.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR