Sevgisini filmə çəkənlərin sayı artır - "Love story" neçəyədir? - VİDEO

Sevgisini filmə çəkənlərin sayı artır - "Love story" neçəyədir? - VİDEO
21:05 30 May 2017
88 Ölkə
Ölkə mətbuatı
A- A+

Son vaxtlar toy edən cütlüklərin sevgi hekayələrindən ("Love story") ibarət qısa filmlərə marağı artıb. Əvvəllər şəkillərdən ibarət "slayd şou" dəbdə idisə, indi sevgi hekayələrindən ibarət qısa filmlərə maraq artıb. Cütlüklər necə tanış olduqlarını videoya çəkib toy günü qonaqlara nümayiş etdirirlər. Bəs bir sevgi hekayəsinin ərsəyə gəlməsi neçəyə başa gəlir?

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, toy etməyə hazırlaşan cütlüklər şəkillərdən ibarət videolardan çox, tanışlıq prosesinin canlandırılmasıni istəyirlər.
Qiymət hekayənin çəkilişinə sərf edilən vaxta görə müəyyən edilir. Xronometrajı böyük olan videoların qiyməti də baha olur. Otel, rayon çəkilişi və ya restoran xərci isə qiymətə daxil edilmir.
Maraqlı tanışlıq hekayəsi olmayanlar isə retro çəkişlərə üstünlük verirlər. Çəkilişlərdə fotoqraf-dizaynerlər müəyyən kaprizlər ilə də rastlaşmalı olurlar.
Sevgi hekayələri toy günü monitorlar vasitəsilə qonaqlara nümayiş olunur. Bu videoları "Youtube" video portalına yükləyənlərin sayı da az deyil.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:
Sevgisini filmə çəkənlərin sayı artır


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/549638.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR