Sosial mənzil almaq istəyənlərin qeydiyyatı başladı - VİDEO

Sosial mənzil almaq istəyənlərin qeydiyyatı başladı - VİDEO
21:12 30 May 2017
225 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gündən etibarən güzəştli mənzil almaq istəyənlərin qeydiyyatı başlayıb. Elə ilk gündən müraciət edənlərin sayı kifayət qədər çox olub. Qeydiyyat proseduru necədir və vətəndaşar bu mənzillərə nə vaxt sahib ola biləcəklər ?

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri əldə etmək üçün qeydiyyat başlayıb.
Qeydiyyat üçün "ASAN xidmət" mərkəzlərinə yaxınlaşmaq kifayətdir. Elə ilk gündən müraciət edənlərin sayı kifayət qədər idi.
Qeydiyyat üçün hansısa müddət limiti qoyulmayıb. İstənilən vaxt müraciət etmək mümkündür. Həmçinin, "ASAN xidmət" mərkəzlərinə gəlmədən elektron hökümət portalında yerləşdirilən "güzəştli mənzil" sistemində də qeydiyyatdan keçmək mümkündür.
Güzəştli mənzilin əldə edilməsi üçün müraciət gücləndirilmiş elektron imza vasitəsilə mümkün olacaq. Müraciətin müvafiq kateqoriyaya aid olması 5 iş günü ərzində məlum olacaq. Agentlik tərəfindən evlərin satışı elan ediləndən sonra vətəndaşlar mənzil sahibi ola biləcəklər. Satışın vaxtı isə hələlik bilinmir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:
Sosial mənzil almaq istəyənlərin qeydiyyatı başladı


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/549641.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR