Kiprin xarici işlər naziri Qarabağı “ermənilərin tarixi ərazisi” adlandırdı

Kiprin xarici işlər naziri Qarabağı “ermənilərin tarixi ərazisi” adlandırdı
22:05 30 May 2017
48 Ölkə
Ölkə mətbuatı
A- A+

Kiprin Xarici İşlər Nazirliyinin başçısı İoannis Kusulides Qarabağı ermənilərin tarixi ərazisi adlandırıb.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bunu o, Ermənistanın müdafiə naziri Vigen Sarkisyanla görüşündə bildirib.

İnformasiyaya əsasən, görüşün gedişatında tərəflər ikitərəfli münasibətlərin dərinləşməsi, erməni icmasının rolu və müdafiə sferasında əlaqələrin inkişafı məsələlərini müzakirə ediblər.

Şimali Kipr və Dağlıq Qarabağ məsələsinin müzakirəsi zamanı, İoannis Kusulides bildirib ki, "bunları müqayisə etmək səhvdir, çünki Şimali Kiprdən fərqli olaraq, Türkiyə tərəfindən işğal edilmiş Artsax ermənilərin tarixi ərazisidir".

Virtualaz.org yaxın vaxtlarda məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi mövqeyini təqdim etməyə çalışacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/549658.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR