Baş məşqçiyə bir oyunluq təklif

Baş məşqçiyə bir oyunluq təklif
22:07 30 May 2017
90 İdman
Ölkə mətbuatı
A- A+

"Bursaspor" Sərgən Yalçına bir oyunluq təklif göndərib. Fanat.Az xəbər verir ki, klub rəhbərliyi mütəxəssisə komandanı Super Liqanın son turunda "Trabzonspor"la oyuna çıxarmağı təklif edib.


"Bursaspor" XXXIII turda "Gənclərbirliyi"nə 1:2 hesabı ilə yenilib. Bununla da 15-ci pilləyə yuvarlanan komanda aşağı liqaya düşmək təhlükəsi ilə üzləşib. Oyundan dərhal sonra baş məşqçi Adnan Örnek istefa verib.


"Qaziantepspor" və "Sivasspor" kimi klubları təhlükəli zonada qəbul edib Super Liqada saxlayan Sərgən Yalçının bu bacarığı "Bursaspor" rəhbərliyinin diqqətini çəkib. Onlar mütəxəssisin komandanı son turda "Trabzonspor"la oyuna çıxarmasını istəyir.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-ba-mqciy-bir-oyunluq-tklif-t58430.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR