Azərbaycan nanotexnologiyaların inkişafı reytinqində 67-ci yerdə qərarlaşıb

Azərbaycan nanotexnologiyaların inkişafı reytinqində 67-ci yerdə qərarlaşıb
22:22 30 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycan nanotexnologiyaların inkişafı reytinqində 101 ölkə arasında 67-ci yerdə qərarlaşıb.

Trend bu barədə "StatNano" təşkilatının 2017-ci ilin yanvar-aprel ayları üçün yaydığı reytinqə istinadən xəbər verir.

Reytinqə əsasən, Azəbaycan yanvar-aprel aylarında Azərbaycan mütəxəssisləri nanotexnologiyalar sahəsində 26 elmi iş dərc ediblər.

Postsovet ölkələri arasında Rusiya - 12 yerdə, Belarus - 58-ci yerdə, Qazaxıstan - 66-cı yerdə, Ermənistan - 81-ci yerdə, Özbəkistan - 86-cı yerdə, Gürcüstan - 89-cu yerdə, Tacikistan - 93-cü yerdə, Qırğızıstan - 98-ci yerdə, Türkmənistan - 101-ci yerdə qərarlaşıblar.

Reytinqin liderləri isə Çin, ABŞ, Hindistan, Cənubi Koreya və İrandır.

Qeyd edək ki, 2016-cı il üzrə Azərbaycan bu sahədə 71 elmi iş dərc etmişdir.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/it/2760745.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR