Mənzildən qadın meyiti tapıldı

Mənzildən qadın meyiti tapıldı
22:34 30 May 2017
74 Digər
Ölkə mətbuatı
A- A+

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Gəncə şəhəri, Kəpəz rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Lent.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, dərhal Gəncə Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1959-cü il təvəllüdlü Allahverdiyeva İntizar Bəhrəm qızının cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 21:30-da başa çatıb. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/275776

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR