Gəncədə mənzildən qadın cəsədi tapılıb

Gəncədə mənzildən qadın cəsədi tapılıb
22:37 30 May 2017
88 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 30 may. REPORT.AZ/ Gəncə şəhəri, Kəpəz rayonunda mənzildən cəsəd tapılıb.
"Report" Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına isitinadən xəbər verir ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Gəncə şəhəri, Kəpəz rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Dərhal Gəncə Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1959-cü il təvəllüdlü Allahverdiyeva İntizar Bəhrəm qızının cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat saat 21:30-da başa çatıb.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/gencede-menzilden-qadin-cesedi-tapilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR