Məlahət Abbasovadan möhtəşəm şou proqram - Türkiyəli məşhurların iştirakı ilə

Məlahət Abbasovadan möhtəşəm şou proqram - Türkiyəli məşhurların iştirakı ilə
22:43 30 May 2017
184 Şou
Ölkə mətbuatı
A- A+

Uzun illərdir qardaş ölkə Türkiyədə yaşayan və orada fəaliyyət göstərən aktrisa Məlahət Abbasova həmyerlilərini yeni layihəsi ilə sevindirəcək.

Publika.az xəbər verir ki, azərbaycanlı aktrisanın aparıcısı olduğu veriliş "Space" kanalında yayımlanacaq. Əldə etdiyimiz məlumata görə, proqramın qonaqları əsasən Türkiyənin kino və musiqi sahəsinin tanınmış simaları olacaq, həmçinin azərbaycanlı sənətçilərin iştirakı da planlaşdırılır.

Məlahət Abbasova yeni televiziya layihəsi haqqında danışmaq istəməsə də, hazırlıqların getdiyini bildirib. Onun sözlərinə görə, veriliş haqqında ətraflı məlumat yaxın vaxtlarda veriləcək.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/200722.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR