Ramazan ayında artıq çəki almamaq üçün...

Ramazan ayında artıq çəki almamaq üçün...
22:47 30 May 2017
125 Ölkə
Ölkə mətbuatı
A- A+

Oruc tutan vaxt artıq çəki almamaq üçün əvvəlcə balanslı qidalanmalı və qida dəyəri yüksək olan keyfiyyətli qidalar istehlak edilməlidir.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Ramazan ayında çəki azaltmaq istəyirsinizsə gündəlik almalı olduğunuz kaloriləri iftar və obaşdan yeməklərində bölüşdürün. Tərəvəz və meyvə kimi aşağı kalorili qidalara üstünlük verin. Hərəkətsiz qalmayın. İftardan sonra mütləq yeriyin.
Orucu 1 stəkan su ilə açdıqdan sonra bir kasa şorba içib fasilə verilməlidir. Daha sonra yüngül bir tərəvəz yeməyi, qızardılmış ət, qatıq və salat ilə davam etmək olar. Obaşdana qədər bol su içilməli və meyvə yeyilməlidir.
 
Pəhriz mütəxəssisləri iftardan yatana qədərki prosesdə və obaşdanda istehlak edilməsi lazım olan yüngül, enerji verən və orqanizmin maye ehtiyacını təmin edən qidaları aşağıdakı kimi sıralayıblar.
 
1. Qoz, fındıq və badam əsasən, quru meyvələr
2. Alma, banan kimi tox tutan, yemiş, qarpız kimi bol su olan meyvələr
3. Toxluq müddətini uzadan kəpəkli buğda və ya çovdar çörəyi
4. Yüksək zülal tərkibi ilə yanaşı rahatlaşdırıcı xüsusiyyətləri ilə qatıq və ayran-doğramac
5. Lif və su baxımından zəngin pomidor, xiyar, bibər, vəzəri və kahı kimi salat növləri
6. Uzun müddətli toxluq təmin edən, bol zülal mənbəyi olan yumurta.
 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/549029.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR