Məşhur amerikalı müğənni yenidən Mançesterdə səhnəyə çıxacaq -

Məşhur amerikalı müğənni Ariana Qrande yenidən Mançesterdə səhnəyə çıxacaq.

Metbuat.az-ın məlumatına görə, Qrande Castin Biber, "Coldplay", Keyti Perri və Mayli Sayrusun da qatılacağı və əldə olunacaq gəliri "Mançester Arena"da baş vermiş terror aktının qurbanlarına sərf olunacaq konsert proqramında iştirak etmək qərarına gəlib.

"Old Trafford" kriket meydançasında keçiriləcək konsertdə həmçinin Farrell Villiams, Aşer, Nayl Horan və "Take That" də səhnə alacaq.

Xatırladaq ki, məhz Ariana Qrandenin "Mançester Arena"dakı konserti zamanı partlayış baş vermişdi. İŞİD terror qruplaşmasının məsuliyyəti öz üzərinə götürdüyü terror aktı nəticəsində 22 nəfər ölmüş, 116 nəfər isə yaralanmışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR