“Uçan vampirlər” şəhərdə qanlı ziyafət təşkil etdi - Ölən və yaralananlar var

“Uçan vampirlər” şəhərdə qanlı ziyafət təşkil etdi - Ölən və yaralananlar var
22:58 30 May 2017
130 Dünya
Ölkə mətbuatı
A- A+

Braziliyada vampir yarasalar “qanlı ziyafət” təşkil ediblər.

Publika.az “The Telegraph” nəşrinə istinadən xəbər verir ki, hadisə ölkənin şimali-şərqində yerləşən Salvador şəhərində baş verib.

Uçan qatillərin hücumu nəticəsində bir insan həlak olub, 40-dan çoxu yaralanıb. Həkimlər quduzluq təhlükəsi ilə əlaqədar yarasalar tərəfindən dişlənilən insanları təcili şəkildə ən yaxın xəstəxanaya müraciət etməyə çağırıblar.

Şəhər baytarları heyvanlar arasında xəstəliyin qarşısını almaq üçün təcili surətdə bütün pişiklər və itlərə quduzluğa qarşı peyvənd vurublar.

Salvador şəhərinin hakimiyyəti yerli sakinlərə bütün pəncərələri möhkəm bağlamağı və vampir yarasaların basqınına görə küçəyə çıxmamağı məsləhət görüb.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/200721.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR