Tramp Amerika KİV-lərinin anonim mənbələrdən yalan məlumatlar yaymasından məyus olub

Tramp Amerika KİV-lərinin anonim mənbələrdən yalan məlumatlar yaymasından məyus olub
23:32 30 May 2017
83 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 30 may. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp Amerika KİV-lərinin anonim mənbələrdən daxil olan yalan məlumatlar yaymasından ciddi məyus olub.
"Report"un məlumatına görə, bu barədə Ağ Evin nümayəndəsi Şon Spayser jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.
Spayser deyib ki, Tramp yalan mənbələrə əsaslanan, dönə-dönə yayılan qeyri-düzgün informasiyalardan üzgündür.
"Prezidenti məyus edən səbəb yalan mənbələrə əsaslanan qeyri-düzgün informasiyaların dönə-dönə yayılmasıdır. Və mən düşünürəm ki, bu, problemdir" – deyə Ağ Evin nümayəndəsi bildirib. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/tramp-amerika-ki-v-lerinin-anonim-menbelerden-yalan-melumatlar-yaymasindan-meyus-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR