İranda prezident seçkilərinin nəticələri təsdiqləndi

İran Konstitusiyaya Nəzarət Komitəsi son prezident seçkilərinin nəticələrini təsdiqləyib.

Metbuat.az bildirir ki, İran daxili işlər nazirliyindən verilən məlumata görə, şikayətlər nəzərə alınıb, gözdən keçirilib və prezident seçkilərinin nəticələrinin dəyişdirilməsi üçün əsaslı faktlar aşkarlanmayıb.

Qeyd edək ki, 19 may tarixində keçirilən prezident seçkilərində seçicilərin 57 faizinin etimadını qazanan Həsən Ruhani qələbə qazanmışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR