"Milan" ilk transferini reallaşdırdı

"Vilyarreal"ın mərkəz müdafiəçisi Mateo Musakkio karyerasını İtaliyada davam etdirəcək.

Metbuat.az-ın məlumatına görə, argentinalı futbolçu "Milan"a transfer olunub. Onun müqaviləsi 4 il müddətinə nəzərdə tutulub.

Musakkionun keçidi "rossonerilər"ə bonuslar da nəzərə alınmaqla, ümumilikdə 18 milyon avroya başa gəlib. Bu, "Milan"ın yay "transfer pəncərəsi"ndəki ilk transferidir.

Qeyd edək ki, Mateo Musakkio "River Pleyt" klubunun yetirməsidir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR