İmişlidə 5 otaqlı ev yanıb

Axşam saatlarında respublika ərazisində bir neçə yanğın hadisəsi qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, İmişli rayonu, Yalavac kəndində vətəndaşa məxsus ümumi sahəsi 142 m2 olan birmərtəbəli 5 otaqlı evin 2 otağının yanar konstruksiyaları 75 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Samux rayonunda vətəndaşa məxsus “MTZ” markalı traktorun qoşqusunun yanar hissələri və qoşquya yığılmış 3 ton ot bağlamasının 1,5 tonu yanıb. İkinci qoşqu və qoşquya yığılmış 3 ton ot bağlaması yanğından mühafizə olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR