Çempionlar Liqasının oyunları həftə sonları keçirə bilər -

UEFA Çempionlar Liqasının 1/4 və yarımfinal matçlarının şənbə-bazar günlərində keçirilməsi ideyasını dəyərləndirəcək.

Metbuat.az-ın məlumatına görə, Çempionlar Liqası matçlarının yayımından daha çox gəlir əldə etməyi hədəfləyən "Barselona", "Real" və "Yuventus" bu barədə təklif irəli sürüblər. Avropanın ali futbol qurumu yaxın günlərdə məsələ ilə bağlı qərarını açıqlayacaq.

Əgər sözügedən plan UEFA komitəsindən keçsə, yeni qaydalar 2020-21-ci il mövsümündən etibarən tətbiq olunacaq.

Qeyd edək ki, artıq bir neçə mövsümdür ki, Çempionlar Liqasının final oyunları həftə sonu keçirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR