Donald Tramp Konqresdə səsvermə qaydalarını dəyişdirmək istəyir

Donald Tramp Konqresdə qanun layihələrinin qəbulu ilə bağlı keçirilən səsvermələrin mövcud qaydalarından narazıdır.

Metbuat.az-ın məlumatına görə, ABŞ prezident hazırkı səsvermə qaydalarının dəyişdirilməsi üçün addımlar atmağa hazırlaşır.

Hazırda Konqresin gündəliyinə təqdim olunan məsələlər 100 senatordan üçdə ikisinin razılığı olmadığı müddətcə qəbul olunmur. Respublikaçıların 52 mandata sahib olduğunu nəzərə alsaq, qanun layihələrinin Konqresdən keçməsi üçün demokratların səsləri də böyük önəm daşıyır.

Donald Trampın təklif etdiyi yeni reqlamentə əsasən isə səsvermə sadəcə əksəriyyətin (51 səs) fikrinə əsaslanmalıdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR