ABŞ İraqda İŞİD terrorçuları tərəfindən törədilmiş terror aktlarını pisləyib

ABŞ İraqda İŞİD terrorçuları tərəfindən törədilmiş terror aktlarını pisləyib
04:15 31 May 2017
143 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

ABŞ İraqda İŞİD terrorçuları tərəfindən törədilmiş terror aktlarını qətiyyətlə pisləyib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Dövlət Departamentinin yaydığı bəyanatda deyilir.

"Biz yaxınlarda İraqda İŞİD terrorçuları tərəfindən törədilmiş terror aktlarını qətiyyətlə pisləyirik. Biz həlak olanların ailələrinə öz başsağlığımızı veririk və yaralıların tezliklə sağalacağına ümid edirik. ABŞ İŞİD ilə mübarizədə İraq hökumətinə və xalqına dəstəyini təsdiqləyir", - bəyanatda deyilir.

Qeyd edək ki, bazar ertəsi İraqın Karada rayonunda partlayıcı maddə ilə doldurulmuş avtpmobil partladılıb və nəticədə azı 16 nəfər ölüb, 46 nəfər isə yaralanıb. İkinci partlayış çərşənbə axşamı Bağdadın mərkəzində baş verib. Partlayıcı maddə ilə doldurulmuş avtomobilin partlayışı nəticəsində azı 11 nəfər həlak olub, 17 nəfər isə yaralanıb. Daha bir terror aktı çərşənbə axşamı İraqın paytaxtında avtoparkda baş verib və nəticədə 3 nəfər yaralanıb. Növbəti terror aktı çərşənbə axşamı İraqın Anbar əyalətində baş verib və partlayış nəticəsində 13 nəfər həlak olub, 22 nəfər isə yaralanıb.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/world/2760779.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR