Flin Rusiyanın ABŞ-dakı seçkilərə müdaxiləsi ilə bağlı sənədləri təqdim etməyə razılaşıb

Flin Rusiyanın ABŞ-dakı seçkilərə müdaxiləsi ilə bağlı sənədləri təqdim etməyə razılaşıb
04:27 31 May 2017
85 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 31 may. REPORT.AZ/ ABŞ prezidentinin milli təhlükəsizlik üzrə keçmiş müşaviri Maykl Flin Rusiyanın bu ölkədə keçirilmiş prezident seçkilərinə müdaxiləri ilə bağlı sənədləri Senatın Kəşfiyyat üzrə Komitəsinə təqdim etməyə razılıq verib.
"Report"un məlumatına görə, bu barədə "Associated Press" və "Reuters" öz mənəbələrinə əsasən xəbər veriblər.
"Associated Press"in məlumatına görə, Flin komitənin ondan mayın əvvəllərində tələb etdiyi özünün iki şirkətinə aid olan sənədləri, həmçinin bir neçə şəxsi sənədləri verəcək. Trampın sabiq köməkçisi sənədləri həftənin sonuna qədər vermək niyyətindədir.
"Reuters"in məlumatlandıran mənbə isə xəbər verib ki, Flin həmçinin sonradan daha çox sənədi verməyə hazırlaşır. Bundan əvvəl isə Amerikanın konqresmenləri və senatorları "The Washington Post"un dərc etdiyi xəbərdən narahat idilər. Xəbərdə bildirilirdi ki, Trampın kürəkəni Cared Kuşner Rusiya səfiri Sergey Kislyakova Moskva ilə əlaqə qurmaq üçün gizli əlaqə kanalı yatarmağı təklif edib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/flin-rusiyanin-abs-daki-seckilere-mudaxilesi-ile-bagli-senedleri-teqdim-etmeye-razilasib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR