ABŞ ballistik raketlərin qənimini sınaqdan keçirib

ABŞ ballistik raketlərin qənimini sınaqdan keçirib
05:14 31 May 2017
79 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ hərbçiləri qitələrarası ballistik raketləri məhv etməyə qadir raketi uğurla sınaqdan keçirib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Müdafiə Nazirliyinin açıqlamasında bildirilir.   

 

Məlumata görə, Kaliforniyada yerləşən raketdən müdafiə sistemindən (Ground-based Midcourse Defense, GMD) buraxılan raket Sakit okeandakı Marşal adasında buraxılan hədəf raketi vurub.

 

 

GMD raketdən müdafiə sistemi 2005-ci ildən  istifadəyə verilib.  Kaliforniya və Alyaskada 30-dək bu tip raket yerləşdirilib. 2017-ci il ərzində daha 15 GMD raketi yerləşdirmək planlaşdırılır.

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/275787

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR