"Milan" fransalı futbolçunu transfer etmək istəyir

"Milan" fransalı futbolçunu transfer etmək istəyir
07:22 31 May 2017
68 İdman
Ölkə mətbuatı
A- A+

"Lyon"un yarımmüdafiəçisi Korenten Tolisso karyerasını "Milan"da davam etdirə bilər. "Rossoneri" bu gün "Atalanta"dan Frank Kessieni tibbi müayinədən keçirməyi planlaşdırsa da, orta xəttə daha bir futbolçu almaq fikrindədir.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Tolissonun transfer qiyməti 35-40 milyon avro dəyərləndirilir. "Milan"ın baş direktoru Marko Fassone və Massimliano Mirabelli Fransada onun transferi ilə bağlı danışıqlar aparıblar. 22 yaşlı havbek ötən mövsüm Fransa çempionatında 31 oyuna 8 qol vurub və 5 məhsuldar ötürmə verib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/549523.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR