Avropada avropalılar tərəfindən keçirilən ilin ağacı müsabiqəsinə yekun vurulub. Müsabiqədə Polşa, Böyük Britaniya, Fransa və Çexiyanın tarixi ağacları iştirak edib. Müsabiqənin qalibi Polşanın Yozef adlı tarixi palıd ağacı olub. Hal-hazırda o, Polşanın ən maraqlı, görməli yerlərindən biridir.

Publika.az sizə maraqlı müsabiqənin qalib ağaclarının siyahısını təqdim edir:

Birinci yeri tutan Yozef ağacının oyuğu İkinci Dünya Müharibəsi dövründə nasistlərdən qaçaraq gizlənən iki yəhudi qardaşın həyatını xilas edib.

Avropanın ən gözəl ağacları - FOTOLAR

Avropanın ən gözəl ağacları - FOTOLAR

Avropanın ən gözəl ağacları - FOTOLAR

İkinci yeri Uelsdə yerləşən 500 illik Brimmonsk palıd ağacı tutub. Yerli əhalidən olan bir ailə artıq uzun illərdir bu ağacın qulluğunda durur. Yaxın vaxtlarda yeni yolun tikintisi ilə əlaqədar olaraq ağacın kəsilmə təhlükəsi yaranmışdı. Lakin yerli əhalinin keçirtdiyi imza aksiyasında 500 min nəfər ağacın qorunmasını tələb edib. Bundan sonra yeni yolun tikintisinə alternativ yollar axtarılıb.

Avropanın ən gözəl ağacları - FOTOLAR

Üçüncü yeri Lipkada böyüyən 800 il yaşı olan çex cökəsi ağacı tutub. Ağac 13-cü əsrdə tikilmiş malikanə ilə qədimi qəbiristanlığın kəsişdiyi yolun yaxınlığında yerləşir. Yüzilliklər ərzində malikanənin bütün sahiblərini yola salan qocaman ağacın kölgəsində çex xalqının milli qəhrəmanı oturub. Hazırda yerli sakinlər 800 illik ağacın uğur gətirdiyinə və aşiq cütlükləri qovuşdurduğuna əmindirlər.

Avropanın ən gözəl ağacları - FOTOLAR

Dördüncü yeri Martinika adasında 17-ci əsrdən mövcud olan "Ceron Habitation" tarlasında yerləşən yağış ağacı tutub. Ağac tarlanı pis hava şəraitindən müdafiə edir. Bu ağac Antil adalarındakı ən yaşlı ağaclardan biridir. Ağac hətta 1902-ci ildə Montan-Pele vulkan püskürməsi zamanı məhv olmamışdı.

Avropanın ən gözəl ağacları - FOTOLAR

Beşinci yeri Böyük Britaniyanın Nortamberlend milli parkında yerləşən çinar ağacı tutub. Bu ağac Hollivudda ən məşhur ağaclardan biridir. Hollivud filmlərindən "Robin Hut" məhz burada çəkilmişdir.

Avropanın ən gözəl ağacları - FOTOLAR

Altıncı yeri Şimali İrlandiyadakı palıd ağacı tutub. Bu ağac pəri vadisi deyilən yerdə yerləşir. Onilliklər ərzində dünya şöhrətli rəssamlar, yazıçılar və musiqiçilər ilham almaq üçün bu ağacı ziyarət ediblər. Palıd ağacının kölgəsində məşhur yazıçı Çarlz Dikkens, şair Klayv Steyplz Lyuis və gənc kraliça Yelizaveta gəzib.

Avropanın ən gözəl ağacları - FOTOLAR

Yeddinci yeri Bolqar kəndində yerləşən 600 illik palıd ağacı tutub. Ağac "Tanrının yaranış kilsəsi”nin girişində yerləşir. Bura yerli əhalinin ən müqəddəs yeri hesab edilir.

Avropanın ən gözəl ağacları - FOTOLAR

Səkkizinci yeri Şotlandiyada yerləşən "Dina Don" ağacı tutub. Əhalinin sözlərinə görə, məktəbin həyətyanı sahəsində ucalan ağac artıq məktəbin bir hissəsinə çevrilib. Bu ağac bir çox bədii layihələrin obyekti olub. Bu ağacın kölgəsində çox sayda nəsil yetişib.

Avropanın ən gözəl ağacları - FOTOLAR

Doqquzuncu yerdə Slovakiyada yerləşən Budatinsk qəsrinin yanında ucalan şərq çinarı ağacı tutub. 1745-ci ildə əkilən ağac parkın ən qocaman ağacdır.

Avropanın ən gözəl ağacları - FOTOLAR

Onuncu yerdə İspaniyanın La-Andrada bələdiyyəsi yaxınlığında ucalan qara şam ağacı tutub. 350 il yaşı olan şam ağacına Aprisquillo adı verilib.

Avropanın ən gözəl ağacları - FOTOLAR

Könül Cəfərli