ABŞ Suriya kürdlərinə silah tədarükünə başladı

ABŞ Suriya kürdlərinə silah tədarükünə başladı
07:48 31 May 2017
71 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ "Suriya demokratik qüvvələrin"in kürdlərinə silah və sursatın tədarükünə başlayıb.

Publika.az xəbər verir ki, bu barədə Pentaqonun iki məmuruna istinadən "NBC News" telekanalı bildirib.

Hərbi məmurlardan birinin məlumatına görə, silah tədarükü son 24 saat ərzində başlayıb. Lakin silah tədarükünün hansı yolla həyata keçirildiyi məlum deyil.

Bundan əvvəl ABŞ hərbçiləri bildirmişdi ki, onlar Suriya kürdlərinə zirehli avtomobillər, hərbi sursat və mühəndis avadanlıqları, radiostansiya, buldozerlər tədarük etməyi planlaşdırırlar.

Pentaqon "Suriya Demokratik qüvvələri"ni İŞİD terror qruplaşmasına qarşı mübarizədə, xüsusən Rakka şəhərinin silahlılardan azad edilməsində zəruri hissə hesab edir. Şəhər 2014-cü ildən İŞİD-in nəzarəti altındadır. (report)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/200739.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR