Premyer Liqada şok ayrılıq

Premyer Liqada şok ayrılıq
08:37 31 May 2017
68 İdman
Ölkə mətbuatı
A- A+

Ötən mövsüm "Lester"in çempionluğunda önəmli rol oynayan Riyad Mahrez komandadan ayrılır. Fanat.Az xzəbər verir ki, bu barədə əlcəzairli futbolçu özü açıqlama verib.


"Lester"ə böyük hörmətim var. Bu səbəbdən açıq şəkildə ayrılmaq istədiyimi söylədim. Burada unudulmaz anlar yaşamışam. Karyeramın ən yaxşı dövrünü keçirmişəm. Ümid edirəm ki, azarkeşlər qərarıma hörmətlə yanaşacaq" deyə Mahrez bildirib.


Futbolçu əslində ötən yay komandadan getmək istədiyini etiraf edib: "Ötən yay klub prezidenti ilə görüşdüm. Qazanılan çempionluq və Çempionlar Liqasında oynayacağımız üçün bir il daha qaldım. Amma artıq başqa macəralar yaşamaq istəyirəm".


Qeyd edək ki, "Lester"in 2014-cü ildə Fransanın "Le Havr" klubundan 500 min avroya aldığı Riyad Mahrezə hazırda "Transfermarkt" 30 milyon avro qiymət qoyub. 26 yaşlı hücumçu cari mövsümdə 48 rəsmi oyuna çıxıb, 10 qol vurub və 6 məhsuldar ötürmə edib.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-premyer-liqada-ok-ayrlq-t58432.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR