Tillerson səfərə gedir

Tillerson səfərə gedir
08:37 31 May 2017
52 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ dövlət katibi Reks Tillerson 5-6 iyun tarixlərində Avstraliyaya və Yeni Zelandiyaya səfər edəcək.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Dövlət Departamentinin yaydığı bəyanatda deyilir.

"Dövlət Katibi Reks Tillerson müdafiənaziri Ceyms Mettis ilə birgə Avstraliyanın XİN rəhbəri Culi Bişop və müdafiə naziri Meri Peyn tərəfindən təşkil edilmiş Avstraliya-ABŞ 2017 nazirlər məsləhətləşmələrində iştirak etmək üçün 5-6 iyun Avstraliyaya səfər edəcək", - bəyanatda deyilir.

Bəyanatda qeyd edilir ki, Avstraliyaya səfərdən sonra Tillerson Yeni Zelandiyaya səfər edəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/549693.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR