İlin əvvəlindən Aralıq dənizində 1720 miqrant həlak olub

İlin əvvəlindən Aralıq dənizində 1720 miqrant həlak olub
08:52 31 May 2017
65 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 31 may. REPORT.AZ/ Son bir neçə gündə İtaliyanın Kroton, Palermo və Kataniya şəhərlərinə Aralıq dənizindəki bir neçə faciəli hadisə nəticəsində boğulmuş 50 meyit gətirilib.
"Report"un məlumatına görə, bu barədə BMT Ali Komissarının Qaçqınlar üzrə İdarəsi xəbər verib. 
İdarə xatırladıb ki, Aralıq dənizinin mərkəzi ilə Şimali Afrikadan İtaliyaya aparan marşrut miqrantlar və qaçqınlar üçün çox təhlükəlidir. İlin əvvəlindən bu günə kimi bu yolda 1720 miqrant həlak olub.
Artıq bu il 60 mindən çox qaçqın və miqrant Aralıq dənizi vasitəsilə Avropa sahillərinə doğru gəlib. Təkcə ötən həftə İtaliya sahillərində 9500 nəfər xilas edilib. Həmin sahillərə xilasedicilər 50 meyit gətiriblər. Onlarla sığınacaq axtaran itkin düşüb, onların taleyi barədə heç nə məlum deyil.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/i-lin-evvelinden-araliq-denizinde-1720-miqrant-helak-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR