Kütləvi zəhərlənmə: 9 ölü, 200 yaralı

Kütləvi zəhərlənmə: 9 ölü, 200 yaralı
08:58 31 May 2017
67 Dünya
Ölkə mətbuatı
A- A+

Hindistanda dini mərasimdə ibadətdən sonra 9 nəfər qidadan zəhərlənərək ölüb.

Publika.az xəbər verir ki, hadisə Meqhalay ştatında baş verib. Hadisə zamanı həmçinin yüzlərlə insan zəhərlənib.

"Yeddisi yeniyetmə yaşlarına çatmamış şəxs olmaqla, səkkiz nəfər Nongkya kəndində qidadan zəhərlənərək ölüb" – deyə dairə komissarının müavini bildirib. Bildirilir ki, sakinlər düyü və donuz ətini yeyiblər.

Hindistanın Səhiyyə Nazirliyinin yüksək vəzifəli məmurunun sözlərinə görə, yeniyetmə yaşına çatmamış daha 1 nəfər Umsninq şəhərində ölüb. Məlumatda həmçinin bildirilir ki, 200-ə yaxın sakin qidadan zəhərlənib. Onların əksəriyyəti xəstəxanaya yerləşdirilib.

Qida nümunələri Quaxati şəhərindəki tibbi laboratoriyaya göndərilib. (report)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/200741.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR