Beqoviçi 10 milyon funta satacaqlar

Beqoviçi 10 milyon funta satacaqlar
09:05 31 May 2017
78 İdman
Ölkə mətbuatı
A- A+

"Chelsea"nin qapıçısı Asmir Beqoviç yay fasiləsində klubu tərk edə bilər. Milli.Az goal.az-a istinadən xəbər verir ki, bosniyalı qapıçı ilə "Bournemouth" ciddi maraqlanır. "Zadəganlar" onu 10 milyon funta satmağa razıdır. Beqoviç "Bournemouth"la şəxsi müqaviləni razılaşdırıb tibbi müayinədən keçəndən sonra transfer rəsmən elan ediləcək.

29 yaşlı qapıçı 2015-ci ildə "Chelsea"yə "Stoke City"dən keçib. Onun London klubu ilə 2019-cu ilin yayına kimi müqaviləsi var.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/549667.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR