Söz verdi: 1200 km velosipedlə gedəcək

Söz verdi: 1200 km velosipedlə gedəcək
09:17 31 May 2017
46 İdman
Ölkə mətbuatı
A- A+

"Krotone"nin baş məşqçisi David Nikola maraqlı açıqlama ilə gündəmə gəlib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, italiyalı mütəxəssis velosipedlə 1200 km yol qət edəcək.

O, bir müddət öncə yerli mətbuata "Krotone" A seriyasında qalacağı təqdirdə, Krotonedən Turinə velosipedlə gedəcəyinə söz verdiyini və bu vədin üstündə duracağını deyib.
 
"Bir söz vermişəm və bunu həyata keçirəcəm. Böyük rahatlıq hiss edirəm. Möhtəşəm bir iş gördük. İnsanlar yüksək liqada qalacağımızı düşündüyüm üçün məni dəli hesab edirdilər. Lakin oyunçular mənə inandı və bunu bacardıq" - deyə məşqçi bildirib.
 
Qeyd edək ki, "Krotone" İtaliya A seriyasının son turunda evdə "Latsio"nu 3:1 hesabıyla məğlub edərək, "Empoli"nin də səfərdə "Palermo"ya uduzmasıyla (1:2) A seriyasındakı yerini qoruyub saxlayıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/549708.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR