Dünyanın ən məşhur idmançısı: Kriştianu

Dünyanın ən məşhur idmançısı: Kriştianu
09:32 31 May 2017
83 İdman
Ölkə mətbuatı
A- A+

Kriştianu Ronaldu dünyanın ən məşhur idmançısı hesab olunub.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu barədə araşdırmanı ABŞ-ın ESPN telekanalı aparıb.

Amerikalı həmkarlarımızın bir çox ölkələrdəki mütəxəssislərin köməyi ilə apardığı sorğunun nəticəsinə görə, portuqaliyalı futbolçu hər kəsi qabaqlayıb.
 
Onu NBA ulduzu Lebron Ceyms izləyir. Üçüncülük isə "Barselona" və Argentina millisinin hücumçusu Lionel Messiyə məxsusdur.
 
Tennisçi Roje Federerin 4-cü olduğu sıralamada ilk 5-i qolf ustası Fil Mikelson tamamlayıb.
 
İlk 10-luq aşağıdakı şəkildə formalaşıb.
 
1. Kristiano Ronaldu - futbol
2. Lebron Ceyms - basketbol
3. Lionel Messi - futbol
4. Roje Federer - tennis
5. Fil Mikelson - qolf
6. Neymar - futbol
7. Useyin Bolt - yüngül atletika
8. Kevin Dürant - basketbol
9. Rafael Nadal - tennis
10. Tayqer Vuds - qolf

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/549710.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR