Kabildə xarici səfirliklər və prezident sarayı yaxınlığında güclü partlayış olub, ölənlər var

Kabildə xarici səfirliklər və prezident sarayı yaxınlığında güclü partlayış olub, ölənlər var
09:32 31 May 2017
41 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 31 may. REPORT.AZ/ Əfqanıstanın paytaxtı Kabildə güclü partlayış olub. "Report" BBC-yə istinadən xəbər verir ki, partlayış şəhərin mərkəzi hissəsində xarici səfirliklər və prezident sarayı yaxınlığında baş verib.
Partlayış o qədər qüvvətli olub ki, bir neçə yüz metr məsafədə yerləşən evlərə belə ziyan vurub.
Şəhərin mərkəzi meydanı polis tərəfindən mühasirəyə alınıb.
"Pajhwok Afghan News" agentliyinin məlumatına görə, partlayış nəticəsində 10-dan çox insan həlak olub, yüz nəfərdən çox insan isə yaralanıb.
Yaponiyanın ictimai televiziyası NHK isə partlayış zamanı Yaponiya səfirliyinin iki əməkdaşının xəsarət aldığını xəbər verib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/kabilde-xarici-sefirlikler-ve-prezident-sarayi-yaxinliginda-guclu-partlayis-olub-olenler-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR