Tikintidə FACİƏ: fəhlənin sinəsinə 40 sm-lik dəmir batdı - FOTO

Tikintidə FACİƏ: fəhlənin sinəsinə 40 sm-lik dəmir batdı - FOTO
09:58 31 May 2017
79 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin İzmir bölgəsində tikintidə işləyən fəhlələrdən biri ağır yaralanıb.

Publika.az xəbər verir ki, tikintidə işləyən fəhlə ehtiyyatsızlıq səbəbindən 1 metrlik dəmirin üzərinə yıxılıb. Dəmirin təxminən 40 santimetr hissəsi kişinin sinəsinə girib.

Həkimlər deyib ki, döş nahiyəsindən girən dəmir 3 santimetr daha irəlidən batsaydı, kişi hadisə yerində ölə bilərdi.

Təcili xəstəxanaya çatdırılan fəhlə əməliyyata alınıb. Sağ qoltuq altından döş qəfəsinə doğru girən dəmir həkimlər tərəfindən çıxardılıb.

2 saat davam edən ağır əməliyyatdan sonra xəstənin vəziyyətinin qənaətbəxş olduğu deyilir.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/200749.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR