Evlilik verilişindəki Əlinin sevgilisinin avtomobildə başqa oğlanla VİDEOSU yayıldı

Evlilik verilişindəki Əlinin sevgilisinin avtomobildə başqa oğlanla VİDEOSU yayıldı
10:03 31 May 2017
182 Şou
Ölkə mətbuatı
A- A+

Zuhal Topalın evlilik verilişində iştirak edən Əli Əkbərin keçmiş sevgilisi Nurlananın sosial şəbəkələrdə videoları yayılıb.

Publika.az xəbər verir ki, Türkiyəyə Bakıdan Əli üçün gəldiyini deyən Nurlana incikliyinin keçmədiyini söyləyib. O, “Əliyə güvənmirəm, sözlərinə də inanmıram. Məni qazanmaq üçün səy göstərmirsən. Səni bağışlayacam, amma yenə yarı yolda qalacağam” , - deyə vurğulayıb.

Naz Mila ilə yaşadığı qalmaqallı eşq macərasından sonra izdivac verilişinə keçmiş sevgilisini dəvət edən Əli Əkbər isə Nurlananın qəlbini yenidən qazanmaq üçün ona şans verməsini, görüşməsini istəyib. Daha sonra Əli Əkbər hər şeyə rəğmən Nurlanaya dərin hisslər bəslədiyini deyib və gül dəstəsi hədiyyə edib. Əlinin bu jestindən sonra Nurlana hirsinin keçdiyini, Əlini bağışladığını etiraf edib.

Lakin qeyd edək ki, sosial şəbəkələrdə Nurnalanın başqa bir oğlanda gecə yarı avtomobildə çəkilmiş videoları paylaşılıb.

Xatırladaq ki, Nurlana verilişdə Əli Əkbərdən ayrıldıqdan sonra heç kimlə sevgili olmadığını söyləmişdi.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/200752.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR