Azərbaycanlı futbolçu dünyasını dəyişdi

Qazaxda futbolçu ürək tutmasından dünyasını dəyişib.

Metbuat.az bildirir ki, rayonun Xanlıqlar kənd sakini, ürək xəstəliyindən əziyyət çəkən, 1980-ci il təvəllüdlü Sarıyev Qoşqar Nadim oğlunun səhhəti mayın 30-da kəskin pisləşib. O, Qazax Müalicə Diaqnostika Mərkəzinə aparılarkən yolda dünyasını dəyişib.

Qeyd edək ki, Q.Sarıyev Qazağın “Göyəzən” futbol komandasının oyunçusu olub./Apa


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR