Bahar Muradova: “Azərbaycanda uşaq hüquqlarının qorunmasına xüsusi önəm verilir”

Bahar Muradova: “Azərbaycanda uşaq hüquqlarının qorunmasına xüsusi önəm verilir”
10:07 31 May 2017
56 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 31 may. REPORT.AZ/ Azərbaycan Milli Məclisində Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Sosial məsələlər, sağlamlıq və dayanıqlı inkişaf komitəsinin Uşaqlar üzrə alt komitəsinin iclası başlayıb.
“Report”un xəbərinə görə, “Rəqəmsal mühitdə uşaqların qorunması, bilik və bacarıqlarının artırılması” mövzusunda keçirilən tədbiri parlament sədrinin müavini Bahar Muradova açıb.
O deyib ki, AŞPA mötəbər qurum kimi uşaqların hüquqlarının qorunmasını diqqətdə saxlayır. Onun sözlərinə görə, Azərbaycanda da bu məsələyə xüsusi önəm verilir: “Uşaq hüquqlarının qorunması çox ciddi məsələdir. Azərbaycan qanunlarında bu məsələlər tənzimlənir”.
B.Muradova qeyd edib ki, Azərbaycan bu sahədə beynəlxalq təşkilatlarla da əməkdaşlıq edir.

Xəbərin orijinal ünvanı: https://report.az/sosial-mudafie/bahar-muradova-azerbaycanda-usaq-huquqlarinin-qorunmasina-xususi-onem-verilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR