Boqotada Azərbaycan və Kolumbiya arasında ikitərəfli siyasi məsləhətləşmələr keçirilib

Boqotada Azərbaycan və Kolumbiya arasında ikitərəfli siyasi məsləhətləşmələr keçirilib
10:12 31 May 2017
48 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 31 may. REPORT.AZ/ Kolumbiyada səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu ölkənin prezidenti Xuan Manuel Santos ilə görüşüb.
"Report" xəbər verir ki, görüş zamanı tərəflər ikitərəfli əməkdaşlığın inkişafı perspektivlərini müzakirə edib.
Görüşdə, həmçinin Kolumbiyanın xarici işlər naziri Mariya Anxela Olqin, kənd təsərrüfatı naziri Aurelio İraqorri və ticarət, sənaye və turizm naziri Mariya Klaudiya Lakuçer iştirak edib.
Eyni zamanda, iki ölkənin XİN başçıları ikitərəfli siyasi məsləhətləşmələrin IV iclasını keçiriblər. Tərəflər belə məsləhətləşmələri ticarət, mədəniyyət, təhsil və kənd təsərrüfatı sahəsində əməkdaşlıq üçün dəyərli alət kimi qiymətləndirib.
E.Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyətinin Boqotaya səfəri zamanı Azərbaycan bazarı ilə maraqlanan kolumbiyalı sahibkarlarla görüş keçirəcəyi də gözlənilir.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/boqotada-azerbaycan-ve-kolumbiya-arasinda-ikiterefli-siyasi-meslehetlesmeler-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR