Nigeriyalı futbolçu Bakıda azərbaycanlı arvadını vəhşicəsinə döydü

Nigeriyalı futbolçu Bakıda azərbaycanlı arvadını vəhşicəsinə döydü
10:17 31 May 2017
96 İdman
Ölkə mətbuatı
A- A+

Bakıda əcnəbi ər arvadını döyərək müxtəlif dərəcəli xəsarətlər yetirib. Fanat.Az lent.az-a istinadən xəbər verir ki, hadisə Səbail rayonu Səməd Vurğun küçəsində qeydə alınıb. 


Həmin ünvanda yaşayan Aysel Ubidige polisə müraciət edərək bildirib ki, Nigeriya vətəndaşı olan həyat yoldaşı, Erik Samuel Ubidige onu vəhşicəsinə döyərək xəsarətlər yetirib. Xəsarətlərin dərəcəsini müəyyənləşdirmək üçün ekspertiza təyin edilib, araşdırma aparılır.


Fanat.Az xəbər verir ki, xanımını döyən nigeriyalı azərbaycanlı futbolsevərlərə yaxşı tanışdı. Belə ki, azarkeşlər onu Erik Obidike kimi tanıyır. Hələ bir neçə il əvvəl nigeriyalı futbolçu azərbaycanlı qızla evləndiyini açıqlmışdı: "Yaxşı qızdır, çox xoşuma gəlir. Bir-birimizi sevirik. Həyatımı onsuz təsəvvür etmirəm. Мalideynləri münasibətlərimizdən xəbərdar idi. Mən onlara evlənmək təklifi edəndə etiraz etmədilər".


Nigeriyalı futbolçu hətta elçilik mərasimindən də danışmışdı: "Elçiliyə dostlarımı aparmışdım. 4 nəfər idilər. Taekvandoçu Rəşad Əhmədovu, biznesmen dostum Rəvan Hüseynov və daha 2 nəfər. Əvvəl qızın anası mənimlə görüşdü. Gördü ki, normal insanam, fikrim ciddidi. Sonradan elçilərimi göndərdim. Toyum da yaxşı keçmişdi".


Cütyülün iki övladı var. Onlar oğlan övladlarına Rəvan, qızlarına isə Mələk adı veriblər. Erik Obidiki bildiri ki, oğlunun başqa adı da var - Daniel.


Erik Obidiki Azərbaycana 2005-ci ildə Nigeriyanın “Nigeria Porth Authority” klubundan gəlib. Əvvəlcə “Şahdağ” oynayan futbolçu daha sonra “Neftçi  ilə 4 illik müqavilə bağlayıb və bir il Bakı klubunun əvəzedici heyətində forma geyinib. Növbəti illərdə isə o, “Muğan”, “Turan”, MOİK və "Şuşa"da çıxış edib.



Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-nigeriyal-futbolcu-bakda-azrbaycanl-arvadn-vhicsin-doydu-t58435.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR