OPEC+ Qazaxıstanın hasilatı artırmasına ilkin razılığını verib

OPEC+ Qazaxıstanın hasilatı artırmasına ilkin razılığını verib
10:32 31 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 31 may. REPORT.AZ/ Qazaxıstan "Kaşaqan" yatağında hasilatın artması səbəbindən neft hasilatının azaldılması ilə bağlı 25 may Vyana anlaşmasında üzərinə götürdüyü öhdəliyi dəyişə bilər. "Report" "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, bunu Qazaxıstanın energetika naziri Kanat Bozumbayev "Astana" telekanalına müsahibəsində bildirib.
"Vyana görüşündə ilk növbədə Səudiyyə Ərəbistanı və Rusiyanın energetika nazirlərinə "Kaşaqan" yatağında hasilatın sentyabr ayından etibarən artacağı barədə məlumat vermişəm. Hasilat artdıqda öhdəlik şərtlərini dəyişdirmək istədiyimizi onlar qəbul ediblər. Bizə daha rahat şərtlər təklif edilib", - deyə K.Bozumbayev qeyd edib. 
Qeyd edək ki, hazırda Qazaxıstan hasilatı 20 min barel/gün azaltmağı öhdəlik kimi qəbul edib. Qazaxıstanın yeni kvotalarına noyabr ayının sonunda Vyana anlaşmasının 3-cü nazirlər görüşü və OPEC-in 173-cü sammitində yenidən baxılacağı gözlənilir. Xatırladaq ki, "Kaşaqan" yatağında hasilatın builki 8,9 mln. tondan 2018-ci ildə 13 mln. tona qədər artması proqnozlaşdırılır. Bu da Qazaxıstanın 2018-ci ildən etibarən 80 min barel/gün daha çox neft hasil edəcəyi deməkdir.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/opec-qazaxistanin-hasilati-artirmasina-ilkin-raziligini-verib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR