Azərbaycan və Portuqaliya universitetlərinin həyata keçirəcəyi birgə layihələr müzakirə olunub

Azərbaycan və Portuqaliya universitetlərinin həyata keçirəcəyi birgə layihələr müzakirə olunub
10:32 31 May 2017
58 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 31 may. REPORT.AZ/ Milli Məclisinin deputatları Azərbaycan-Portuqaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Naqif Həmzəyev və Pərvin Kərimzadə Portuqaliyanın Braqa şəhərində səfərdə olublar.
"Report"un məlumatına görə, səfər çərçivəsində Braqa şəhərinin meri Ricardo Rio, vitse-mer Sameiro Araujo, Avropa Gənclər Şəbəkəsinin rəhbəri Carlos De Sousa Santos ilə görüşlər keçirilib, Braga “Sturt UP” layihəsinin rəhbərliyi və fəal üzvləri ilə ətraflı müzakirələr aparılıb.
Həmçinin Minhon Universitetinin rektoru António Cunha, Universitetin Ombudsmanı Paula Ctistina Martins, Pedaqokika fakültəsinin dekanı Rosa Vasconcelos ilə görüşlər zamanı Gəncə şəhərində fəaliyyət göstərən təhsil müəssisələri ilə birlikdə həyata keçirilməsi planlaşdırılan layihələr ətrafında müzakirələr aparılıb və tezliklə müvafiq layihələrin icrasına başlanılması qərarlaşdırılıb.





Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/azerbaycan-ve-portuqaliya-universitetlerinin-heyata-kecireceyi-birge-layiheler-muzakire-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR