78 yaşlı kişi özünü tövlədə asdı - Ağdaşda İNTİHAR

78 yaşlı kişi özünü tövlədə asdı - Ağdaşda İNTİHAR
10:37 31 May 2017
116 Ölkə
Ölkə mətbuatı
A- A+

Ağdaş rayonunda intihar hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Şəmsabad kəndində qeydə alınıb. Kənd sakini, 1939-cu il təvəllüdlü Əfəndiyev Rişad Sədrəddin oğlu yaşadığı evin həyətindəki tövlədə özünü kəndirlə asaraq intihar edib.

Onun özünə qəsd etməsinin səbəbi hələlik məlum deyil. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/549752.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR