XİN: Azərbaycan münaqişənin substantiv danışıqlarla davam etdirilməsinə hazırdır

XİN: Azərbaycan münaqişənin substantiv danışıqlarla davam etdirilməsinə hazırdır
10:43 31 May 2017
39 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

ATƏT-in Minsk Qrupunun həmsədrləri regiona səfər çərçivəsində iyunun 19-da Bakıda olacaqlar. Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, münaqişənin substantiv danışıqlar yolu davam etdirilməsinə hazırdır.

Bunu Trend-in sorğusuna cavab olaraq, XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

XİN rəsmisi deyib ki, Ermənistan xarici işlər naziri E.Nalbəndyanın ATƏT-in Baş katibi ilə keçirdiyi mətbuat konfransında səsləndirdiyi cəfəng fikirləri bir daha onu göstərir ki, Ermənistanın siyasəti işğala əsaslanan status-kvonun davam etdirilməsidir:

"Ermənistan xarici işlər nazirinin Azərbaycan ərazilərinin işğalına öz müqəddəratını təyin etmə donu geyindirməyə çalışması cəhdləri yalnız faşist Almaniyası tərəfindən 1938-ci ildə keçmiş Çexoslovakiyanın Sudet əyalətinin işğalı ilə müqayisə oluna bilər. Beynəlxalq ictimaiyyət Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini birmənalı və qəti şəkildə dəstəkləyir və hörmət edir. Bununla beynəlxalq ictimaiyyət bir daha Ermənistana aydın edir ki, işğal nəticəsində əldə edilmiş mövcud status-kvo heç vaxt qəbul etməyəcək. Həmçinin, güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin pozulması cəhdləri qəbuledilməzdir".

H.Hacıyev qeyd edib ki, Ermənistan bu reallığı nə qədər tez dərk edərsə və danışıqlar masasında olan plana uyğun olaraq öz qoşunlarını işğal olunmuş Azərbaycan ərazilərindən nə qədər tez çıxararsa, bir o qədər də tez regionda davamlı sülh və təhlükəsizlik təmin oluna bilər.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/karabakh/2760862.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR