“Bank Respublika” əmanətçilərini sığortalayacaq

“Bank Respublika” əmanətçilərini sığortalayacaq
10:47 31 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 31 may. REPORT.AZ/ “Bank Respublika” ASC yeni kampaniya həyata keçirir. “Report”un məlumatına görə, Bankda əmanət hesabı açan müştərilərə əmanətin faiz gəlirləri ilə yanaşı, bank müştərilərə depozitin məbləği qədər şəxsi sığorta hədiyyə edir.
Bankın müştərilərə göndərdiyi bildirişdə deyilir ki, şəxsi sığorta 15-ə qədər sığorta növünü əhatə edir. Sığorta hadisəsi baş verən zaman, sığorta ödənişi müqavilədə qeyd olunan şəxslərə verilir.
Qeyd edək ki, həmin əmanətlər Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən qorunur.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/bank-respublika-emanetcilerini-sigortalayacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR