"Biz 2020-ci ildə Cənub Qaz Dəhlizi ilə Avropanın
Azərbaycan qazını alacağını gözləyirik".
Bunu Avropa İttifaqının (Aİ) vitse-prezidenti Maroş Şevçoviç 24-cü
Beynəlxalq Neft və Qaz Sərgisinin rəsmi açılışına videomüraciətində
bildirib.
M. Şevçoviç deyib ki, Cənub Qaz Dəhlizi gələcəkdə Orta Asiyanın qaz
resurslarının Avropaya çatdırılmasında mühüm rol oynaya bilər:
"Bizim birgə görülə biləcək işlərimiz hələ çoxdur. Ekologiya və
iqlim məsələləri ilə bağlı xeyli işlər görə bilərik. Enerji
mənbələrinin artırılması istehlakçılarının mənafelərinə xidmət
edir. Təmiz enerji keçidi iqtisadi artım, iş yerlərinin artırılması
üçün önəmlidir".
M. Şevçoviç sonda 24-cü Beynəlxalq Neft və Qaz Sərgisinə uğurlar
arzulayıb. (apa)