Şöbə müdiri: "Azərbaycanda siqaret çəkənlərin gəncləşməsi prosesi gedir"

Şöbə müdiri: "Azərbaycanda siqaret çəkənlərin gəncləşməsi prosesi gedir"
10:52 31 May 2017
78 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 31 may. REPORT.AZ/ "Bu gün Azərbaycanda siqaret çəkənlərin gəncləşməsi prosesi gedir".
"Report" xəbər verir ki, bunu İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Layihələrin Əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə "Tütün-inkişaf üçün təhlükə!" mövzusunda keçirilən seminarda deyib.
O bildirib ki, əvvəllər ölkədə 16-17 yaşarası siqaret çəkən gənclər vardısa, bu gün həmin göstərici 14 yaş və aşağı yaşda olanları əhatə edir: "Bu da özlüyündə müəyyən qeyri-infeksion xəstəliklərin sayının artmasına səbəb olur. Çünki tütün ağciyərdə xərçəng xəstəliyinin əsas səbəbkarı hesab edilir".
İSİM-in Əhalinin sağlamlığı şöbəsinin müdiri Tofiq Musayev isə qeyd edib ki, tütün epidemiyası dünyada aktual olan problemlərdən biridir: "Dünyada ölümlərin 60-70 faizini məhz qeyri-infeksion xəstəliklər təşkil edir". 

Xəbərin orijinal ünvanı: https://report.az/sehiyye/sobe-mudiri-azerbaycanda-siqaret-cekenlerin-genclesmesi-prosesi-gedir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR